Keçid linkləri

2026, 16 May, şənbə, Bakı vaxtı 12:29

Polkovnik-leytenant rüşvət ittihamı ilə 9 il azadlıqdan məhrum edilib

Arxiv şəkil
Arxiv şəkil

Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən yüksək rütbəli zabiti azadlıqdan məhrum edilib.

Gəncə Hərbi Məhkəməsindən verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin zabiti, polkovnik-leytenant Seymur Əyyubov rüşvət almaq, hərbi qulluqçunu təhqir etmək özünü öldürmək həddinə çatdırmaq ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə ANSPRES məlumat verir. Amma zabitin yaxınları və ya vəkilinin bu ittihamlarla bağlı fikirləri hələlik məlum deyil.
This item is part of
XS
SM
MD
LG