Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:37

Düsseldorfun meri “Eurovision-2012”-nin açarını Bakıya gətirir


Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbersin Bakıya səfəri planlaşdırılır.
APA-nın məlumatına görə, o, “Eurovision-2012” mahnı müsabiqəsinin ev sahibliyinin açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalubova təqdim edəcək. Düsseldorf merinin Bakıya yaxın vaxtlarda gələcəyi gözlənilir.

D. Elsbersi səfər zamanı xüsusi nümayəndə heyəti müşayiət edəcək. Səfər çərçivəsində Düsseldorf meri ötən il ona verilmiş ev sahibliyi açarını təntənəli şəkildə H. Abutalıbova təqdim edəcək.

Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov və Nigar Camal hazırda Almaniyadadırlar. Onların iyunun ilk günlərində Moskvada keçiriləcək “Muz TV” mükafatının təqdimatında çıxış edəcəkləri nəzərdə tutulur.
XS
SM
MD
LG