Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:13

Pakistanda talibançılarla döyüş gedir (VİDEO)


Taliban Pakistanda hərbi bazaya hücum edib
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

Ötən gecə Taliban yaraqlıları Pakistanda hərbi hava və dəniz qüvvələrinin bazalarından birinə hücum edib, azı bir təyyarə yandırlıb. Döyüş 12 saat ərzində - bu gün səhər saatlarına qədər davam edib. Associated Press agentliyinin çəkdiyi video kadrlar.

Pakistan ordu qüvvələri Karraci limanına hücum etmiş Taliban silahlıları ilə mübarizə aparır. Bu səhər də Mehran Hərbi-dəniz stansiyasında top atəşi və partlayış səsləri eşidilib. Rəsmilər bu hücumu Pakistan təhlükəsizlik qüvvələrinin yaradılmasını pozmağa yönələn ən ciddi hücum kimi təsvir ediblər.

Pakistan Talibanı hücuma məsuliyyəti öz üzərinə götürüb. Onlar bildiriblər ki, bu, Əl-Qaidə lideri Osama bin Ladenin öldürülməsinə cavab planının bir hissəsidir.

Pakistan rəsmiləri bildirirlər ki, bu döyüşdə azı 12 yerli hərbçi öldürülüb, ondan çox yaralanan var. Bir neçə hərbi təyyarə də məhv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG