Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:36

Kann festivalının baş mükafatı “Həyat ağacı"na verildi

Amerikalı rejissor Terrence Malick "Həyat ağacı" filmi Kann festivalının baş mükafatı- «Qızıl palma budağı»nı alıb. Filmdə baş rollarda kino ulduzları Brad Pitt, Sean Penn və Jessica Chastain oynayır.

Fransada keçirilən Kann Film Festivalının qran prisi isə türk rejissoru Nuri Bilge Ceylana («Bir zamanlar Anadoluda» filminə görə) və Dardenn qardaşlarına («Velosiped sürən oğlan» filminə görə) verilib.

Bu ilki Kann festivalında «Ən yaxşı qadın roluna görə» priz Kirsten Dansta təqdim edilib («Melonxoliya» filmi).

Ən yaxşı kişi roluna görə mükafat isə aktyor Jan Düjardana verilib («Artist» filmi).
This item is part of
XS
SM
MD
LG