Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 09:25

ABŞ pakistanlını deportasiya edib


ABŞ terrorçuluqda şübhəli bilinərək saxlanan Pakistanlını ölkədən deportasiya etdiyini bildirib. Onun ötən il Nyu-Yorkda "Tİmes" meydanına bomba qoyulmasında əli olduğu ehtimal edilib. Rəsmilər bildiriblər ki, 28 yaşlı Aftab Ali Khan məhkəmədə miqrasiya sənədlərini saxtalaşdırmaqda və lisenziyasız pul köçürməsində özünü təqsirli bilib. Khan bazar günü Bostondan İslamabada göndərilib.

ABŞ rəsmiləri bildirir ki, Khan Pakistanlı mənbələrdən 5 min dollara yaxın vəsaiti Faisal Shahzada çatdırmaqda kömək edib. Faisal Shahzad özünü keçən il mayda "Times" meydanına bomba qoyulmasında özünü təqsirli bilib və hazırda həbsxanadadır.
XS
SM
MD
LG