Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 12:54

Sima Ənnağı. Mini şeirlər


Elə xoşbəxtəm ki,
Səsini eşidən kimi
Hər dəfə
Nəfəsim daralır...

*

Təkliyi
Bir dilim quru çörək kimi
Gəmirirəm,
Tükənmir...

*

Boğucu duyğular
Içimə hopanda
Sözlər
Ürəyimin fəryadında
Sınır...

*

Gözlərimi yumuram
Ki,
Ürəyimi sıxan
Buxovlar açılsın...

*

Səni şeirə çevirmək,
Rəsmini sözlərlə çəkmək
Istərəm.
Sözlər sənə yovuşmur...

*

Şeir yazmaq –
Səssiz otaqda
Bir küncə çəkilib
Özün-özünlə
Danışmaq kimidir...

Sima, 2009
XS
SM
MD
LG