Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 14:15

Strauss Kahnın vəkili bəraət alacaqlarını deyir

Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru Dominik Stross Kan
( Dominique Strauss-Kahn ) cinsi zorakılıqla bağlı ittihamı qəti şəkildə rədd edir və bəraət qazanacaq.

Bunu İsrailin Haaretz qəzetinə müsahibısində onun vəkili Benjamin Brafman deyib.

Vəkilin sözlərinə görə, Strauss Kahn, düşdüyü vəziyyətə baxmayaraq özünü yaxşı hiss edir.

Brafman vəkil kimi çox məşhurdur.

O, vaxtilə mərhum pop ulduzu Maykl Ceksonun da ( Maikl Jakson ) vəkili olub.
This item is part of
XS
SM
MD
LG