Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 15:03

İraqda törədilmiş partlayışlarda 16 adam ölüb

Bazar günü Bağdad və ətraf qəsəbələrdə törədilmiş partlayışlarda azı 16 adam ölüb.

Məlumatlara görə azı 10 partlayış törədilib.

Təkcə Taci şəhərində intiharçının özünü polislərin arasında partlatması nəticəsində 7 polis və ətrafdan ötən 3 nəfər ölüb.

Bağdadda isə partlayışların əksəriyyəti Sədr Siti də daxil olmaqla şiə məhəllələrində törədilib.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
This item is part of
XS
SM
MD
LG