Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Aksiya zamanı saxlanılanlar sərbəst buraxılıb


Aksiyada polis tərəfindən saxlanılan şəxslər azad ediliblər. Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, Səbail rayon 39-cu polis bölməsində 8 nəfərin hamısından bir daha razılaşdırılmamış aksiya keçirməyəcəklərinə dair izahat alıb, sərbəst buraxıblar.

GƏNCLƏR AKSİYA KEÇİRİBLƏR

Mayın 22-də, günün ikinci yarısı Bütöv Azərbaycan Gənclər Təşkilatı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının bir qrup üzvü «Fəvvarələr meydanı» istiqamətindən metronunu «Sahil» stansiyasına doğru etiraz yürüşü keçiriblər.

«Güney Azərbaycana azadlıq» və digər bu kimi şüarlar səsləndirən aksiya iştirakçılarını «Sahil» metrosu yaxınlığında polis saxlayıb. Onların bir qismi taksilərə oturdularaq Səbail rayon 39-cu polis bölməsinə aparılıb. 39-cu polis bölməsindən AzadlıqRadiosuna ətraflı məlumat vermək istəməsələr də, faktı tıstiqləyərək saxlanılanların 8 nəfər olduğunu bildiriblər.
XS
SM
MD
LG