Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:43

Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verir


Bu gün Azərbaycanda rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənnindən imtahan verirlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanda 10275 abituriyent iştirak etməlidir.

45 dəqiqə davam edəcək imtahanda abituriyentlərə 30 test tapşırığı verilir.
Hər düzgün sual 1 bal hesab olunur.

Məqbul qiymət almaq üçün azı 15 bal toplamaq lazımdır.

Bu gün qeyri-məqbul” qiymət alanlar iyunun 26-da keçiriləcək təkrar imtahanda güclərini bir də sınaya bilərlər.
XS
SM
MD
LG