Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:33

FİFA prezidenti ittihamı rədd edir


Beynəlxalq Futbol Federasiyasının prezidenti Sepp Blatter rəhbərliyə qarşı korrupsiya ittihamını rədd edib.

Mətbuatda gedən məlumatlara görə, federasiyanın icraçı komitəsinin üzvləri 2018-2022-ci il dünya cempionatlarıyla bağlı keçirilmiş konkursda səslərini satıblar.

Blatter Cənubi Afrikaya səfəri zamanı bu ittihamın tam əsassız olduğunu bildirib.

2018-ci ildə futbol üzrə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qətərdə keçirilməlidir.

75 yaşlı Blater FİFA-nın prezidentliyinə yenidən namizədliyini verib.

Seçki iyunun 1-də keçiriləcək.

Əgər o yenidən seçilsə bu onun 4-cü müddəti olacaq.

Seçkidə onun əsas rəqibi Asiya Futbol Konfederasiyasının qətərli rəhbəri Mohamed bin Hammamdır.
XS
SM
MD
LG