Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:11

Tbilisidə polis müxalifətin mitinqini dağıtmağa cəhd göstərib


Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

Məlumata görə, ictimai televiziyanın qarşısına yığışmış aksiyaçılar polis maşınına hücum çəkiblər.

Polis isə kütləni dağıtmaq üçün dəyənək, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Amma bir qədər sonra prezidentin istefası tələbilə keçirilən aksiya bərpa olunub.

Başqa bir məlumata görə isə, xüsusi təyinatlı qüvvələr bazar gününə keçən gecə bir neçə müxalifət partiyasının birləşdiyi “Xalq məclisi” nin Batumidəki qərərgahına soxulublar.

Müxalifət onlarla üzvünün saxlandığını, 9 nəfərin müxtəlif xəsarətlə xəstəxanaya götürüldüklərini deyir.

Müxalifət prezident Mixeil Saakaşvilini ölkədə avtoritar rejim qurmaqda ittiham edir.
XS
SM
MD
LG