Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 21:42

Bəxtiyar Hacıyev həbsxanadan məqalə göndərib


Azerbaijan -- The trial over the youth activist Bakhtiyar Hajiyev, who is accused of evading military service, 05May2011
Azerbaijan -- The trial over the youth activist Bakhtiyar Hajiyev, who is accused of evading military service, 05May2011

Mayın 18-də Gəncədə məhkəmənin qərarı ilə iki il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bəxtiyar Hacıyev Azərbaycan mediasılna siyasi fəal gənclərin üzləşdikləri problemlərlə bağlı məqalə göndərib. “Gənclərə qarşı repressiyanın arxasında nə dayanır?” adlı məqaləsində Bəxtiyar yazır:

“Gənclərə qarşı repressiyanın arxasında təbii ki, hakimiyyətin qorxusu dayanır. Azərbaycan hakimiyyəti həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə siyasi müstəvidə cəmi 3 qüvvə olduğunu təqdim etməyə, yalnız bu 3 qüvvə arasında seçim etməyə çalışır:

hazırkı rejim - insan hüquqlarını pozmaq bahasına sabitliyi və xarici maraqları təmin edən qüvvə;

müxalifət - hakimiyyətin repressiyası nəticəsində resursları məhdudlaşan, uzun müddət əleyhinə qara PR aparılmış qüvvə;

radikal dini qruplar - nə ölkə ictimaiyyətinin, nə də beynəlxalq qüvvələrin marağında olan qüvvə.

Dördüncü potensial qrupu isə hakimiyyət əzməyə, daxildə və xaricdə alternativ qüvvə kimi formalaşmasının, qəbul edilməsinin qarşısını almağa çalışır. Çünki bu qrup həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm üçün cazibədar alternativ ola bilər”.

Bunu martın 4-dən həbsdə olan iki il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bəxtiyar Hacıyev məqaləsində yazır.

Fəal qeyd edir ki, indiki hakimiyyət həm daxili sabitliyi insan hüquqlarını kobud sürətdə pozmaq hesabına qoruyur, həm də qarşılıqlı maraqları təmin etmək üçün bu hüquq pozuntularına, korrupsiyaya göz yumulmasını istəyir.

B. Hacıyev ümid edir ki, gənclər dövlət proqramlarının imkanlarından faydalananda ayıq olacaq, bu proqramların hökumətdən yox, dövlət büdcəsindən maliyyələşdirildiyini xatırlayacaq:

“Eyni zamanda ümid edirəm ki, beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar gənclərə qarşı repressiyaya qarşı daha açıq, daha sərt mövqe ortaya qoyacaqlar. Repressiyanın davamına dözümlü yanaşma uzun müddətdə həm ölkəmiz, həm də beynəlxalq aləm üçün geri qaytarıla bilməyən mənfi nəticələr doğura bilər”.

Mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal Bəxtiyar Hacıyev barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. Bəxtiyar Hacıyev qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri əslində əslində internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.
XS
SM
MD
LG