Keçid linkləri

2026, 07 Avqust, cümə, Bakı vaxtı 15:29

Astanada Avropa Yenidənqurma və İnkişaf Bankının iclası keçirilir


Gazaxıstanın paytaxtı Astanada Avropa Yenidənqurma və İnkişaf Bankının illik iclası keçirilir.

Banka daxil olan ölkələrin maliyyə nazirələri Bankın fəaliyyətinin Şimali Afrika və Yaxın Şərqə yayılmasını müzakirə edirlər.

Bankın rəhbəri Tomas Miriv yaxın gələcəkdə bu regionlara 2,5 milyard avro sərmayə qoyulacağını deyib.

Avropa Yenidənqurma və İnkişaf Bankı 29 Mərkəzi Avropa və Orta Asiya ölkəsində bazar iqtisadiyyatı və demokratiya dəstək olmaq üçün 1991-ci ildə 61 ölkə və iki beynəlxalq təşkilat tərəfindən yaradılıb.
This item is part of
XS
SM
MD
LG