Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 20:39

Rezidenturaya plan yerlərinin sayı açıqlanıb


2011/2012-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya sənəd qəbulu yaxın vaxtlarda elan ediləcək.

Bunu Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov Trend-ə deyib.

Onun sözlərinə görə, sənəd qəbulunun universitetdə dövlət imtahanı bitdikdən sonra aparılması gözlənilir.

Sənəd qəbulu elektron qaydada aparılacaq.

Rezidenturaya qəbul olmaq istəyənlər TQDK-nın rəsmi internet saytında "Həkimin elektron ərizəsi"ni doldurmalıdırlar.

Rezidenturaya 300 plan yeri üzrə qəbulun həyata keçirilməsi nəzərdə tutulur. Plan yerlərinin əsas hissəsi müalicə işi və pediatriya ixtisasları üzrə ayrılıb.

Bu il Azərbaycanda rezidenturaya sənəd qəbulu ilk dəfə keçiriləcək.
XS
SM
MD
LG