Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:03

Rəsulzadəni tanıdı, Sibir sürgünündən qaçdı, Hitlerə məktub yazdı...


Əziz Alpoud adı sizə nə deyir? Yəqin ki bir çoxunuza heç nə...

Amma o, kimlərlə ünsiyyətdə olmayıb – Məhəmmədəmin Rəsulzadə, Fətəlli Xan Xoyski, Ənvər Paşa, Atatürk və başqaları.

O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranışını və süqutunu görüb. Azərbaycan ordusunu yaradanların sırasında olub. Məxfi tapşırıqlarla sərhədlər keçib.

XI Qırmızı ordunun Azərbaycanı işğal etdiyi günü və saatı olduğu kimi qələmə alıb.

Bolşevik ordusunun Azərbaycanda törətdiyi qanlı cinayətlərin şahidi olub. Gizli təşkilatın liderlərindən biri kimi bolşevizmlə mübarizə aparıb.

Sonra həbsxana, güllələnmə hökmü, sürgün, Moskva həbsxanasında Çiçerinlə ideoloji mübahisələr və daha sonra Sibir… Qurtuluş… Mühacirət…

Əsl adı Mirədbdüləziz Seyiddir. 1895-ci ildə Azərbaycanda anadan olub və 93 yaşında mühacirətdə vəfat edib.

Onun az qala bir əsrə şahidlik edən xatirələrini araşdırmaçı Zakir Sadatlı qürbətdə əldə edərək çapa hazırlayıb. “Həyatımın hekayətləri” adlanan kitabı “Qanun” nəşriyyatı çap edib.

Onun Sibir sürgünündən necə necə inanılmaz yolla qurtulması, ailə faciəsi, öz azadlığına doğru min kilometrlərlə velosipedlə getdiyi yol, Adolf Hitlerə məktubu və aldığı cavab, Atatürklə dostluğu, Alparslan Türkeşlə əqidədaşlığı, Azərbaycanın dünya boyu səpələnmiş istiqlal mücahidləri ilə sıx əlaqəsi kitabda son dərəcə təsirli şəkildə təsvir edilir.

Əlyazma ilk dəfədir ki, kitab şəklində nəşr olunur.

Qanun.az
“Xalq Cəbhəsi” qəzeti

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG