Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:53

Misirdə 3 jurnalisti prokurorluğa çağırıblar


Misirdə hərbi prokurorlar 1 redaktor və 2 jurnalisti bir müddət sorğu-sualdan sonra azad ediblər.

Buna səbəb onların çalışdıqları “Əl-Şoruk” qəzetində hərbi rəsmilərlə keçmiş prezident Mübarək arasında məxfi anlaşma əldə edilməsi haqda məqalənin dərcidir.

Məqaləyə görə, Mübarək yaxın günlərdə audiomüraciət yayacaq və orada bütün əmlakını dövlətə bağışladığını bildirəcək.

Qəzet yazır ki, bu müraciətdən sonra Mübarəkə qarşı ittihamlar ləğv ediləcək.

Jurnalistlər hərbi prokurorluqda “bundan sonra ordu ilə bağlı olan və küçələrdə gərginlik yarada biləcək məlumat yaymayacaqları” haqda öhdəlik götürdükdən sonra azad ediliblər.

Hüquq müdafiəçiləri jurnalistlərə qarşı bu hərəkəti pisləyiblər.
XS
SM
MD
LG