Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:20

Yaxın Şərq sülh prosesi daimi sərhədləri olan 2 müstəqil dövlətlə nəticələnməlidir



İsrail-Fələstin sülh prosesi daimi sərhədləri olan iki müstəqil dövlətlə nəticələnməlidir və bu sərhədlər , tərəflərin razılığı ilə bəzi ərazilərin dəyişdirilməsilə 1967-ci il razılaşmasına əsaslanmalıdır.

Bunu ABŞ prezidenti Barack Obama cümə axşamı Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə bağlı çıxışında deyib.

Obama fələstinlilərin suveren dövlət qurmağa haqqı olduğunu vurğulayıb.

İrana gəldikdə isə Obama deyib ki, Birləşşmiş Ştatlar İran xalqının qanuni haqlarını müdafiə etməkdə davam edəcək.
XS
SM
MD
LG