Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:54

Yaponiya iqtisadi tənəzzüllə üzləşib


Nazirlər kabineti ilin ilk 3 ayı ərzində daxili məhsulun 0,9 faiz azaldığını bildirib.

Mütəxəssislər ümumilikdə 2011-ci ildə Yaponiyada daxili məhsulun 2 faizdən çox azalacağını deyirlər.

Martın 11-də baş vermiş zəlzələ və sunami bu tənəzzüldə əsas faktorlardan biri hesab olunur.

Yaponiya hökuməti 15 mindən artıq adamın ölümüylə nəticələnmiş təbii fəlakətin ölkəyə 300 milyard dollardan artıq ziyan vurduğunu deyir.

Beynəlxalq Valyuta Fondunun gəldiyi qənaətə görə, ölkənin tam bərpasına 5 il vaxt lazımdır.
XS
SM
MD
LG