Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Azərbaycan gələn həftə Neytrallar Hərəkatına qoşulacaq


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə İndoneziyaya səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd mayın 25-27-də Balidə keçiriləcək Neytrallar Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir. İclasda nazirlər aktual dünya məsələlərini, o cümlədən iqlim dəyişiklikləri, pandemiya, ərzaq təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət kimi məsələlərini müzakirə edəcəklər.

Azərbaycan həmçinin Neytrallar Hərəkatına da qoşulacaq, bununla da hərəkat üzvü olan ölkələrin sayı 120-yə çatacaq. Azərbaycan indiyədək bu hərəkatda müşahidəçi statusu ilə təmsil olunurdu.

Neytrallar Hərəkatı özündə hərbi-siyasi bloklarda iştirak etməməyi əsas xarici siyasi kurs elan edən ölkələri birləşdirir. Bu hərəkat 1961-ci il Belqrad konfransında 25 ölkə tərəfindən təsis olunub. /APA/
XS
SM
MD
LG