Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 04:42

Osama bin Ladenin ölümündən sonra müraciəti yayılıb


Əl-Qaidə təşkilatı Osama bin Ladenin ölümündən bir qədər əvvəl yazıldığı güman olunan audio müraciətini yayıb. Keçmiş Əl-Qaidə lideri ərəb dünyasında yayılan inqilabları, Misir və Tunis inqilabının nəticəsini alqışlayıb.

Osama bin Laden ölkə başçılarını hakimiyyətdə qalmaq üçün mətbuatı manipulyasiya etməkdə, özlərindən səcdəgah yaratmaqda günahlandırıb.12 dəqiqəlik audio müraciət jihad saytlarında yayılıb.

Mayın əvvəlində Osama bin Laden Pakistanın Abbotabadda şəhərində yaşadığı evdə ABŞ hərbçiləri tərəfindən öldürülüb. Hazırda onun evindən götürülən sənədlər, DVD, elektron yaddaş kartları araşdırılır.
XS
SM
MD
LG