Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 16:38

“Eurovision” qəzetlərdən “düşmür”


“Yeni Müsavat” qəzeti yazır ki, “Eurovision” Azərbaycana 100 milyon gəlir vəd edir”.

Qəzet “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Ukrayna modelinin tətbiqini vacib sayır. Mütəxəsislərin fikirlərinə yer ayıran qəzet hesab edir ki, Azərbaycana birinci dəfə gələnlər üçün qiymətlərin səviyyəsi, xidmətlərin keyfiyyəti olduqca vacibdir.

“Müsabiqənin Bakıda təşkil edilməsi Azərbaycan iqtisadiyyatına və turizm sektorunun inkişafına müsbət təsir göstərəcək. Müsabiqə zamanı ölkəyə gələn turistlərin sayı və onların orta hesabla xərcləmələrini nəzərə alsaq bu ölkəyə yalnız həmin günlər 100 milyon dollara yaxın gəlir deməkdir. Uzun müddətli perspektiv, xüsusən turizm sektorunun inkişafı baxımından məsələyə yanaşıldıqda gəlirlər təbii ki, daha böyük olacaq”

“Azadlıq” qəzeti isə gələn il “Eurovision” mahnı müsabiqəsinə prezidentin kürəkəni Emin Ağalarovun qatılacağını yazır.

“Prezidentin kürəkəninin Avropanın musiqi dünyasına təqdim etmək üçün fürsət yaranıb”, deyə qəzetdə qeyd olunur.

“Bizim Yol” qəzeti yazır ki, “Pensiyalar yenə dolanışıq mənbəyi olmayacaq”.

“Pensiyaların orta aylıq məbləği hazırkı 114 manat səviyyəsindən birdən-birə 150 manata qədər qalxacaqdır ki, bu 200 dollara yaxın rəqəmlə ifadə olunur. Təqaüdlərin minimum məbləği 160 manata çatdırılsa , o zaman artımın onların yaşayış səviyyəsinə təsirindən danışmaq olardı. Ona görə yeni dəyişikliyi müsbət dəyərləndirmək olar, amma onun menyusuna verilən dəyər çox aşağıdır”.

“Yeni Azərbaycan” qəzetinin manşet yazısı prezident İlham Əliyevin Dövlət Bayrağı meydanı ətrafında aparılan abadlıq işləri ilə necə tanış olması ilə bağlıdır. Qəzet işlərin sürətlı aparılması ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlar verdiyini yazır.

Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti isə Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönü ilə bağlı Rusiya paytaxtı Moskvada keçirilən tədbirlərə geniş yer ayırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG