Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Avropa Parlamentinin prezidenti Eji Buzek Azərbaycana gəlir


Eji Buzek
Eji Buzek
Avropa Parlamentinin prezidenti Eji Buzek mayın 20-də Azərbaycanda olacaq. Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycandan əvvəl Yerevan və Tbilisiyə səfər edəcək Buzek hər üç ölkədə siyasi partiya rəhbərləri, prezidentlər və parlament spikerləri ilə görüşəcək. Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Səfər zamanı Avropa Parlamentinin prezidenti müxalifət liderləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.

Səfərdən öncə Buzek bildirib ki, «demokratiyanın irəliləməsi, insan hüquqlarının əhatə olunması, qanunun aliliyinin möhkəmləndirilməsi, sabitliyin artırılması və rifahın yüksəlməsi hamının, Avropa Birliyi və onun Şərq tərəfdaşlarının tərəfdaşlığı üçün bir tapşırıqdır».

Avropalı diplomat Azərbaycana səfəri zamanı həmçinin dondurulmuş münaqişələrin sülh yolu ilə həll imkanlarını, enerji təhlükəsizliyi məsələsini qaldırmağı planlaşdırır.

Bu günlərdə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Milli Məclisdə, hakim partiya rəsmiləri tərəfindən tənqidlə qarşılanıb.
XS
SM
MD
LG