Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 06:32

Liviya neft şirkətinin rəhbəri Tunisə qaçıb

NATO Liviya qüvvələrinin onların Misrata sahillərinin yaxınlığındakı hərbi gəmilərindən birini vurması ilə bağlı yayılan məlumatları təkzib edib. NATO-dan bildiriblər ki, Liviya televiziyası bunu uydurub.

Bir müddət öncə Misratada usyançılarla hakimiyyət qüvvələri arasındakı döyüşlərdə azı 7 nəfər ölmüşdü. Misrataya üsyançılar nəzarət edir.

Eyni zamanda Tunisin təhlükəsizlik qüvvələrindən adının çəkilməsini istəməyən mənbə bildirib ki, Liviya Milli Neft Korporasiyasının rəhbəri Qaddafi hakimiyyətinə vurula biləcək zərbədən yayınmaq üçün Tunisə keçib.
This item is part of
XS
SM
MD
LG