Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Avropa parlamentinin sədri Buzek Cənubi Qafqaza gəlir


Avropa Parlamentinin sədri Jerzy Buzek mayın 18-də Cənubi Qafqaz səfərə başlayır.
O sabah Yerevanda, cümə axşamı Tbilisidə, cümə günü Bakıda rəsmi görüşlər keçirəcək.

O həmçinin müxalifət liderləri, media nümayəndələri ilə görüşəcək.

Səfər barədə Buzek deyib ki, Avropa Birliyi ilə Şərq tərəfdaşları arasında əsas müzakirə mövzuları demokratiya, insan haqları, qanunun aliliyi, sabitlik, rifah kimi məsələlərdir.

Ancaq o xüsusi vurğulayıb ki, münaqişələrin həlli, enerji təhlükəsizliyi kimi məsələləri də o Cənubi Qafqaza səfəri zamanı müzakirə edəcək.
XS
SM
MD
LG