Keçid linkləri

Təcili xəbərlər
2023, 31 May, çərşənbə, Bakı vaxtı 07:37

Daha 4 nəfər həbs edilib


Təhsil nazirliyi qarşısında dini şüarlar
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid
6 may aksiyası ilə əlaqədar daha 4 nəfər həbs edilib.

Vəkil Dilqəm Ağayev deyir ki, həftəsonu daha dörd nəfər həbs olunub:

«Saxlanılanlardan Rəşad və Çingizin adları bəllidir. İş ayrı-ayrı müstəntiqlərdə olduğu üçün hələ ki, digər iki nəfərin kimliyini dəqiqləşdirmək olmayıb. Amma 4-ü barəsində özlərindən əvvəlkilər kimi, eyni maddə ilə cinayət işi başlanılması və həbs-qətimkan tədbiri seçilməsinə dair məlumat almışıq».

D. Ağayev bununla da həbs olunanların sayının 9-a çatdığını bildirib.

Əvvəlki 5 nəfər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin xuliqanlıq (221.2 və 221.3) maddələri ilə ittiham olunurlar.

Mayın 6-da bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirib. Onlar orta məktəblərdə hicaba qoyulan qadağa əleyhinə dini şüarlar səsləndiriblər. Polis aksiyanın qarşısını alıb. Xəsarət alanlar olub.

Aksiyada ümumilikdə 65 nəfər saxlanmışdı.
XS
SM
MD
LG