Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:24

Senator John Kerry: “Pakistanla ABŞ-arasındakı münasibətlər kritikdir”


Amerikalı senator John Kerry bu gün Pakistandadır. O, prezident Asif Ali Zardari və baş nazir Yousuf Raza ilə görüşəcək. Kerry bazar günü Əfqanıstan paytaxtı Kabulda reportyorlara bildirib ki, "ABŞ-la Pakistan arasında münasibətlər kritikdir". John Kerry deyib ki, o, Pakistan liderlərini dinləməyə hazırdı.

Pakistan bildirib ki, ABŞ-la kəşfiyyat əməkdaşlığına yenidən baxacaq. Xarici İşlər Nazirliyi Osama -Bin-Ladenin ölümü ilə nəticələnən hücuma münasibət bildirərkən bunu "razılaşdırılmamış birtərəfli hərəkət" kimi qiymətləndirmişdi.

ABŞ bildirmişdi ki, rəsmi Pakistanın Osama bin-Ladeni himayə edib-etmədiyini araşdıracaq.
XS
SM
MD
LG