Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Mahmud Əhmədinejad: «Xamneyi mənim üçün ata kimidir»


Ayətulla Əli Xamneyi və Mahmud Əhmədinejad
Ayətulla Əli Xamneyi və Mahmud Əhmədinejad
İran prezidenti Mahmud Əhmədinejad dini lider Ayətulla Əli Xamneyi ilə hər hansı fikir ayrılığı olduğunu rədd edib.

O, dövlət televiziyasına müsahibəsində bildirib ki, onun Kəşfiyyat İdarəsinin rəhbəri Heydər Müslihini işdən çıxarması və Xamneyinin buna veto qoymasında məna axtarmağa dəyməz.

Prezident deyib ki, Xamneyi onun üçün «ata kimidir».

İran konstitusiyasına əsasən, Ayətulla bütün dövlət vəzifələri üçün son söz deyə, hətta prezidentin qərarlarına veto qoya bilər.

HƏMÇİNİN OXU


İranda nə baş verir?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG