Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Mahmud Əhmədnejad: “Xamneyi mənim üçün ata kimidir”


İran prezidenti Mahmud Əhmədnejad dini lider Ayatollah Ali Xamneyi ilə hər hansı fikir ayrılığı olduğunu rədd edib. O dövlət televiziyasına müsahibəsində bildirib ki, kəşfiyyat idarəsinin rəhbəri Heydar Moslehinin vəzifədən azad etməsinə və Xamneyinin buna veto qoymasında məna axtarmağa dəyməz. Prezidentin sözlərinə görə, Xamneyi onun üçün "ata kimidir".

1979-cu il İslam inqilabından sonra ölkədə hakimiyyət Vəli Faqih sistemi altında idarə olunur. Yəni konstitusiyaya görə ayotollah səviyyəsində olan dini lider bütün dövlət vəzifələri üçün son söz deyə, hətta prezidentin qərarlarına veto qoya bilər.
XS
SM
MD
LG