Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

ABŞ-da saxlanan BVF-nun rəhbəri tibbi ekspertizaya razılaşıb


Beynəlxalq Valyuta Fondunun 62 yaşlı icraçı direktoru Dominik Stross Kan (Dominique Strauss-Kahn) seksual hücum ittihamına görə, tibbi ekspertizaya razılaşıb. O, mayın 14-də saxlanıb, oteldə çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur. Bu gün məhkəmə olmalı idi, amma ekspertizaya görə təxirə salınıb.

Nyu-York polisi onu Stross Kanı aeroportda Parisə uçmağa hazırlaşdığı dəqiqələrdə həbs edib.

Stross Kan ittihamları rədd edir.

Strauss Kahn Almaniyanın kansleri Angela Mekelllə görüşmək üçün Avropaya gəlmək istəyərkən saxlanıb.

O Avropa Birliyi ölkələri maliyyə nazirələrinin bazar ertəsi Brüsseldə keçiriləcək görüşünə qatılmalıymış.

Straus Kahn gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkisində Sosialist partiyasından mümkün namizəd hesab olunur.
XS
SM
MD
LG