Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Fil Dişi Sahilində 220 adam öldürülüb


Fil Dişi Sahilinin şimal-şərqində keçmiş prezident Loran Qbaqboya (Laurent Gbagbo) sadiq qüvvələr 220 nəfəri qətlə yetiriblər.

Bu barədə hazırkı prezident Alassana Uataranın (Alassane Ouattara) nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə Qbaqboya sadiq qüvvələr geri çəkilərkən qadın və uşaqlara baxmadan qanlı hadisələr törədiblər.

Loran Qbaqbo aylarla davam edən qarşıdurmadan sonra bu ilin aprelində həbs olundu.

O ölkədə keçirilmiş prezident seçkisində rəqibi Alassana Uataraya məğlub olsa da hakimiyyətdən getmək istəmirdi.
XS
SM
MD
LG