Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:01

Əfqanıstanda gedən toqquşmalarda azı 13 adam ölüb


Əfqanıstanın Fərəh əyalətində 6 yaraqlı öldürülüb, 5-i isə ələ keçirilib.

Bu barədə hakim dairələr xəbər verir.

Qəzni əyalətində isə yaraqlıların hücumu nəticəsində 4 keşikçi öldürülüb.

Əyalətin başqa rayonunda isə yaraqlılarla toqquşmada 2 polis ölüb.

Nanqanhar əyalətində nümayişçilərlə polis arasında baş vermiş atışmada isə 1 nəfər ölüb, 3 nəfərsə yaralanıb.

Yerli sakinlər əməliyyat zamanı 15 yaşlı gəncin ölümünə etiraz edirmişlər.
XS
SM
MD
LG