Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:34

Fəhlə daş karxanasında bıcaqlanaraq öldürülüb


Abşeron rayonundakı daş karxanalarından birində ölümlə nəticələn dava baş verib

APA-nın Abşeron Rayon Polis Şöbəsinə istinadla verdiyi məlumata görə, bu gün saat 15 radələrində Güzdək daş karxanasında çalışan “Səma” firmasının fəhlələri arasında dava düşüb.

Nəticədə Qobustan rayon sakini 27 yaşlı Vəli Əlipaşayev bıcaqlanıb və hadisə yerindəcə keçinib.

Hazırda qətli törədən şəxsin müəyyənləşməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
XS
SM
MD
LG