Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:02

Konqresmenlər Suriyaya qarşı daha sərt tədbirlər görülməsini istəyirlər


Birləşmiş Ştatlar Suriyada etirazçılara qarşı zorakılıqların davam etməsindən dərin narahatlığını bildirib.

Konqresin üzvləri ABŞ hökumətini Suriyaya qarşı daha sərt tədbirlər görməyə çağırırlar.
Cümə günü Hama da daxil olmaqla Suriyanın bir sıra şəhərlərinə canlı qüvvə və tanklar yeridilib.

Qeyd edək ki, 1982-ci ildə Hama şəhərində islamçıların qiyamı yatırılarkən minlərlə adam öldürülüb.

Dünənki etiraz aksiyalarında azı 3 adam ölüb.

BMT ümumilikdə martın ortalarından bu yana Suriyada 850-dək nümayişçinin öldürüldüyünü deyir.

Prezident Bashar al Assad 48 illik fövqəladə vəziyyət rejiminin ləğvi də daxil olmaqla bir sıra islahatlar aparsa da ölkədə mövcud rejimə qarşı etiraz aksiyaları davam edir.
XS
SM
MD
LG