Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:44

24 min adam eyni vaxtda eyni kitabı oxudu


Türkiyənin Malatya şəhərində eyni vaxtda 24 min adam eyni kitabı oxuyub.

Bununla da Malatya sözügedən göstərici üzrə dünya rekordunu təzələyib.

"Zaman"“ qəzeti yazır ki, tədbir Malatya şəhər merliyi, təhsil şöbəsi və NT Kitab Dəftərxana Mağazalarının koordinatorluğu ilə baş tutub.

İnönü adına stadiona yığışan minlərlə adam Viktor Hüqonun "Səfillər" romanının “Qəribə yolçu” başlıqlı bölməsini eyni vaxtda hündür səslə oxuyub.

Türkiyədə kitab oxumağa həvəsi artırmaq məqsədi ilə keçirilən tədbir saat 09.00-da başlayıb. İştirakçıların hər birinə bilet və “Qəribə yolçu” başlıqlı hissə verilib.

Stadiona daxil olanlar biletlərini stadionun girişlərinə qoyulan qutulara atıblar. Bununla da bir növ qeydiyyatdan keçiblər. Tədbirdə böyükdən kiçiyə, tələbədən təqaüdçüyə qədər hamı iştirak edib. Onlara şəhər meri Ülvi Saaran da qoşulub.

Saran tədbirin əhəmiyyəti haqqında “bu tədbir möhtəşəm bir hadisə, tarixi bir andır” deyib. Mer bildirib ki, kampaniya çərçivəsində ilin sonun qədər kitab oxuyanların sayı 2 milyona çatacaq.

Rekord kitab oxuma tədbirinin koordinatorluğunu həyata keçirən NT Mağazalarının müdiri Şərəf Zekai Kolak deyib ki, “Malatya və malatyalılar elə bir hadisəyə şahidlik edir ki, gələcək nəsillər bu günü heç vaxt unutmayacaq.

Malatya gələcəkdə Türkiyənin svilizasiyalı və ziyalı şəhərlərindən biri olarsa, bu hadisə həmin yoldakı ən əhəmiyyətli addımlardan biri kimi xatırlanacaq.

Türkiyə gələcəkdə dünyanın ziyalı və inkişaf etmiş əhəmiyyətli ölkələrindən biri olacaqsa, bu, oxumağı sevən və oxuya-oxuya özünü inkişaf etdirən nəsillər sayəsində mümkün olacaq”.

VİDEO: 24 min adamın Malatya stadionunda "Səfillər"dən parça oxuması

Həmçinin
Ötən il Türkiyədə 570 roman çap edilib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG