Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:29

Suriyada növbəti etiraz aksiyası keçiriləcək


Bu gün Suriyada hökumət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək. Hüquq müdafiəçilərinin verdiyi xəbərə görə, hökumət qoşunları Dəməşqin şimalındakı Hama şəhərinə girişi bağlayıb.

Homs şəhərində hələ də ağır texnika qalır. Müxalifət tərəfdarlarının həbsləri isə davam edir. Xarici diplomatların məlumatlarına görə, ölkədə 2 minə yaxın adam həbs olunub.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları artıq 2 aydır davam edir. Qarşıdurmalarda 800-ə yaxın adamın öldürüldüyü bildirilir.

Cümə axşamı ABŞ dövlət katibi Hillari Clinton yenidən Suriya hökumətini nümayişçilərə qarşı zorakılıqdan əl çəkməyə çağırıb.
XS
SM
MD
LG