Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:12

Vaqif İbrahimoğlu vəfat edib (VİDEO)


Vaqif İbrahimoğlu ilə vida mərasimi keçirildi (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00
Direct-ə keçid

Azərbaycanın əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında 62 yaşında ağır xəstəlikdən vəfat edib

Azərbaycanın görkəmli rejissoru, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında 62 yaşında ağır xəstəlikdən vəfat edib. Lent.az-ın məlumatına görə, V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı “Yuğ” Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov təsdiqləyib. O, bildirib ki, ilkin məlumata görə, V.İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.

Vaqif İbrahimoğlu Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən bəri “Yuğ” teatrının rəhbəri olub. Bir neçə dövlət mükafatlarına layiq görülüb. “Yuğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.

Allah rəhmət eləsin!

Həmçinin oxu
V.İbrahimoğlu: «Geriyə baxıb bir çox suallara cavab axtarıram»
V.İbrahimoğlu: «Biz Çexovla eyni ruh müstəvisindəyik …»
Vaqif İbrahimoğludan anekdotlarmı? (Niyazi Mehdidən V.İbrahimoğlunun 60 illik yubileyinə yazı)


Şair Ramiz Rövşən Vaqif İbrahimoğlunun anım mərasimi zamanı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG