Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:00

Türkiyədə PKK-çılar polis bölməsinə hücum edib


Türkiyənin dövlət agentlikləri xəbər verir ki, PKK-çılar ölkənin cənub-şərqində polis bölməsinə hücum edib, iki zabiti öldürüblər. Anadolu xəbər agentliyinin məlumatına görə, hücumçular qeyri-qanuni fəaliyyət göstərən Kürd İşçi Partiyasının üzvləri olub. Mayın 11-də onlar əsasən kürdlərin yaşadığı Silopi şəhərində polis bölməsinə hücum ediblər. Bir polis əməkdaşı hücum zamanı ölüb, ikincisi isə xəstəxanada aldığı yaralardan keçinib.

PKK 1984-cü ildən Kürdüstan muxtariyyəti üçün mübarizə aparır. Təşkilatın həbsdə olan lideri Abdulla Öcalan xəbərdarlıq edib ki, hökumət üsyançılarla danışığa gedib münaqişəyə son qoymasa, çoxlu zorakılıqlar olacaq. Bu münaqişə nəticəsində 40 min adam öldürülüb.
XS
SM
MD
LG