Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Gaddafi ortaya çıxdı


Liviya rəhbəri Muammar Gaddafi ölkə televiziyasında qısa müddətə görünüb. O, Liviya televiziyasının tayfa liderlərinin mayın 11-də keçirdikləri görüşlə bağlı verdiyi süjetdə görünüb. Aprelin 30-dan bəri, NATO qüvvələrinin hava hücumlarından sonra Gaddafidən heç bir xəbər yox idi.

Televiziyanın yaydığı süjetdə tayfa liderlərinin bir-bir gəlib onunla görüşməsi göstərilir. Gaddafi qara geyim, qara eynək və ənənəvi papağında olub.

Bundan bir az əvvəl Liviya üsyançıları bildiriblər ki, onlar Misrata airoportunu nəzarətə götürüblər. Üsyançılar Gaddafinin 41 illik hakimiyyətinə son qoyulmasını istəyirlər.

Mühasirədə olan şəhər indiyədək yalız dəniz yoluyla təhciz olunduğundan, hava limanının zəbti üsyançılar üçün böyük uğur sayılır.

NATO təyyarələrinin bu gün paytaxt Tripolidəki administrativ və hərbi obyektlərə zərbələr endirdikləri xəbər verirlir.

NATO komandanlığı bir daha bəyan edib ki, zərbələrdə məqsəd Gaddafini öldürmək deyil.
XS
SM
MD
LG