Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

ABŞ-da keçmiş palata sədri Newt Gingrich prezident olmaq istəyir


ABŞ-da Nümayəndələr Palatasının keçmiş rəhbəri respublikaçı Newt Gingrich elan edib ki, 2012-ci ildə keçirilən prezident seçkilərinə qoşulacaq. Gingrich bu barədə mayın 11-də sosial şəbəkə saytlarında bildirib. 67 yaşlı Gingrich Respublikaçıların ən yaxşı namizədi kimi tanınır. Digər respublikaçı namizədlərin arasında keçmiş Massacusetca qubernatoru Mitt Romney, Alyaska qubernatoru Sarah Palin və multimilyarder Donald Trump var. 1994-cü ildə Gingrich Nümayəndələr Palatasına seçkilərdə partiyanın majoritar siyahısına liderlik edib. Dörd il Palatanın spikeri olub. O, 1999-cu ildə etik şikayətlərlə üzləşdiyindən istefaya gedib.

Ötən ay prezindent Barack Obama özünün 2012-ci il seçkisinə qatılacağını bəyan edib.
XS
SM
MD
LG