Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:16

Azərbaycan istehsalı olan hərbi sursatın bazar problemi


Mi-24 hücum helikopteri
Mi-24 hücum helikopteri
HƏRBİ BÜDCƏ ARTIB

Böyük karbohidrogen ehtiyatları, Avropa və Asiyanın ticarət yolları üzərində əlverişli coğrafi mövqe Azərbaycana qarşıdakı 10 ildə 100 milyard dollar gəlir gətirəcəyi gözlənilir.

Azərbaycanın hərbi sahəyə ayırdığı müdafiə xərcləri 2004-cü ildə 175 milyon dollar təşkil edib. 2011-ci ildə bu 3,1 milyard dollara qədər artıb. Bu, Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur.

2011-ci il ərzində Azərbaycan hərbi arsenalını genişləndirmək üçün 1.35 milyard dollar ayırıb.

Azərbaycanın silah almaq üçün ayırdığı vəsaitin böyük hissəsi onun ənənəvi maddi-texniki təchizatçısı sayılan Rusiya, Belorus və Ukraynaya gedir.

Stokolm Beynəlxalq Sülh Tədqiqatları İnstitutuna görə, Azərbaycan 2006-cı ildə Ukraynadan 55 ədəd 122 millimetrlik D-30 topu, Rusiyadan 62 ədəd T-72 tankı alıb. Bundan başqa 2007-ci ildə Ukraynadan 11 ədəd Mi-24 hücum helikopteri, 2009-cu ildə isə Belorusdan 5 ədəd Su-25 hərbi təyyarəsi alınıb.

AZƏRBAYCAN ALTERNATİV BAZARDAN İSTİFADƏ EDİR

MDB ilə əlaqələr güclü qalsa da bir çox başqa ölkələrin də Azərbaycanın hərbi xərclərində payı var. Azərbaycan bu yolla sovet standartlı hərbi avadanlıqlardan asılılığını azaltmağa çalışır. Bundan başqa onu hərbi avadanlıqla təchiz edən hər hansı bir ölkədən siyasi cəhətdən asılı olmamaq üçün alternativ bazarlardan istifadə edir.

Rusiya hələ də Cənubi Qafqazı özünün nüfuz dairəsi hesab etsə də Sovet İttifaqının dağılmasından sonra İsrail, İran və Türkiyə kimi region ölkələr də hərbi bazar sahəsində özlərinə yer qazanıblar.

Türkiyə 90-cı illərin əvvəllərindən Azərbaycanla möhkəm hərbi əlaqələrə malikdir. 2000-ci ildə Azərbaycan Türkiyə Donanmasına məxsus olan AB-25 patrul gəmisini alıb. 2002-ci ilin iyulunda isə Türkiyə Azərbaycana 60 ədəd hərbi maşın hədiyyə edib. 2010-cu ildə Türkiyənin müdafiə naziri Vecdi Gönül deyib ki, Türkiyənin Azərbaycana hərbi yardımı 200 milyon dolları aşıb.

İsrail-İran rəqabəti də bu baxımdan vacib əhəmiyyət daşıyır. 1992-ci ildə Azərbaycanla diplomatik əlaqələr qurandan bu yana İsrail bu ölkə ilə əlaqələrə xüsusi diqqət ayırıb. 2008-ci ilin ikinci yarısında İsrailin məşhur silah istehsalı şirkəti olan Elbit Systemslə müqavilə imzalanıb. Bu kontrakta əsasən İsrail 10 ədəd Hermes 450 pilotsuz təyyarə ilə Azərbaycanı təchiz edəcək.

TÜRKİYƏNİN AZƏRBAYCANA HƏRBİ YARDIMI


2011-ci ilin fevralında Türkiyənin müdafiə nazirinin müavini 244 milyon dollarlıq müqavilə udduqlarını təsdiqləyib. Bu müqavilə 107 və 122 millimetrlik raketlərin yığılması nəzərdə tutulur. Həmin raketlərin mühərriki Türkiyədə, döyüş başlığı isə Azərbaycanda istehsal olunacaq.

Martın 3-də isə prezident İlham Əliyev Azərbaycanda ilk dəfə təyyarə avadanlıqları istehsal edən AZAD Sistem müəssisəsinin açılışında iştirak edib.

Azərbaycan əsgərləri
2010-cu ilin dekabrında müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin 5 illiyi ilə bağlı hesabat verib. RİA Novosti nazirə istinadən bildirib ki, Azərbaycan 2010-cu ildə silah istehsalını əvvəlki illərlə müqayisədə 260 faiz artırıb. 21 yeni müəssisə açılıb. Azərbaycan özünün sursat tələbatını özü tam ödəyir.

Ancaq bu sahədə fəaliyyət və investisiyanın sürətlə artmasına baxmayaraq, Azərbaycanın hərbi istehsal layihələrinin əksəriyyəti aşağı texnologiya xarakterlidir.

Məsələn, çox təyinatlı hərbi maşının istehsalında Azərbaycanın payına Cənubi Afrikada istehsal edilmiş komplektləri sadəcə yığmaq düşür. Müdafiə Sənayesi Nazirliyi həmçinin öz istehsal məhsullarının ixracında da çətinlik çəkir. 2010-cu ildə İordaniyada keçirilən SOFEX hərbi sərgisində güllə keçirməz jilet və dəbilqə satışına dair razılaşma imzalasa da bu saziş tamamlanmadı.

AZƏRBAYCAN HƏRBİ SƏRGİLƏRDƏ İŞTİRK EDİR

Azərbaycanın müdafiə sənayesinin ən inkişaf etmiş sahəsi olan sursatlarla bağlı məsələyə gəlincə, ölkə daxilində beynəlxalq standartlara cavab verən sınaq mərkəzi olmadığından belə müqavilələr imzalanmamışdı.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu il Küveytdə keçirilən hərbi sərgidə də iştirak edib. Həmin sərgidə 71 müdafiə məhsulunu nümayiş etdirib.

Üzeyir Cəfərli
Nazirlik bundan başqa mayın 11-də İstanbulda keçirilən hərbi sərgidə də iştirak edib.

Hərbi ekspert Üzeyir Cəfərli isə bildirir ki, Azərbaycan müxtəlif sərgilərdə iştirak etsə də, istehsal etdiyi məhsulları ilk əvvəl daxili bazarda təsdiq etdirməlidir:

«Bizim Müdafiə Sənayesi Nazirliyi çoxlu sərgilərdə iştirak edir. Bəyan edir ki, imkanlarımız, potensialımız kifayət qədərdir, xeyli sayda məhsullar istehsal edirik. Hazırda Türkiyədə keçirilən İDEF-2011 sərgisində Azərbaycan 50-60 adda məhsulla iştirak edir. Ancaq məhsulu buraxmaq bir işdir, ona alıcı tapmaq, onu bazarda təsdiq elətdirmək tamam başqa bir işdir»

Ekspert hesab edir ki, Azərbaycanın Müdafiə Sənayesi nazirliyi yeni yaradıldığından hərbi sənaye kompleksinin böyük təcrübəyə ehtiyacı var. Bunun üçün də vaxt tələb olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG