Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

İraq rəsmiləri ABŞ ordusunun mandatını müzakirə edəcəklər


İraqın baş naziri Nori al Maliki ölkənin aparıcı siyasi qüvvələrilə ABŞ ordusunun mandatının uzadılmasının mümkünlüyünü müzakirə edəcək.

Baş nazir jurnalistlərə açıqlamasında deyib ki, mayın ortalarında aparıcı partiyalarla bunun şərtlərini müzakirə edəcək.

Hazırda İraqda 46 minə yaxın ABŞ əsgəri var.

Bu ilin dekabrından onların İraqdan çıxarılmasına başlanılacağı gözlənilir.
İraq kürdləri və sünnilərin nümayəndələri hesab edirlər ki, təhlükəsizlik baxımından ABŞ ordusunun mandatını uzatmaq lazımdır.

Amma şiələr bunun qəti əleyhinədirlər.
XS
SM
MD
LG