Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:40

Sırğalı matador


Arazın o tayından

Rüqəyyə KƏBİRİ


1



Hey...!
Başını bir qalxız...
Matador şinelim yellənir
Gormədin mi!?
Sırğalarım dəsmalımın rəngində
Dıkdaban çəkmələrim qumlara quylanıb
Baaaax!
Dəsmalım qıp-qırmızı...
Bar ayaq doy yerə
Toz- torpaq olsun...
Yoxsa İspanyanın yuxularında
Sırğalı matador uymayıbmı?


2


Səni qısqanıram...
Adın televizyunlarda,
Qəzetlərdə yayınlanacaq
Reklam olacaqsan dunyaya...
Kibrit barmaqlarının ucunda
Məşqəfəyə yerləşdirirsən bir bulud yağmuru
Sözcüklərin dörd nala gedir...
Yelpələyir atların nalını
Uçuş başlayanda
Qırırsan qanadlarını
Duyarlı, taysız birisən...
Qadınların dodaqlarıni yox
Özləyirsən diş fırçalarını.
Səni qısqanıram...
Gines kitabinda yazacaqlar adını!!!


***


... Hələ öpmədin
Əl sallamadın
Baxmadın....
Kölgən qaraltıydı
Günəşi ışıldayan camlara
Trən bağırdı....
Ağaclar maraton qaçırdı gözlərinə
Mən,
Duraqda heykəldim
Getmə...
Qurumuşdu dodaqlarımda!


4


Sən irmini doldumuşdun; mən on səggizimdəydim
Bir il yalniz gözlərimiz danışmışdı...
Oxul dağılmışdı; yaşıla çalırdı xıyavanlar
Son baharın solmayan yarpaqlarıydı qızlar
Heyva qoxusu küçəni ətirləmişdi
Sən küçənin ıztırabıydın.
Mən gəlirdim; çantam yoxudu; kitablarımı qucaqlamışdım
Bir kitab uzatdı əllərin əlimə; gözlərim utandı gözlərinə
Gu...gu...guj...poşt........
Notrdam evimizin sandızanasında tikilmişdi o gecə
Mən zirvəsində oturmuşdum.
Yalnız bir qırmızı 10 vat lampa ışığında
Qucaqlamışdım notrdamın donquzlu kişisin.
Səninlə opuşməyi; səninlə sevişməyi hrç duşunmurdum
Ağlım küçəmizin qaldırımlarında qalmışdı
Sən gedəndə ıslanmışdı yağışlardan.

Qirx səggimdə dönmüşəm; "əbədi şənligi" axtarım.
Həyəcanlıdı küçəmiz!
Donquzlu kişi qaldırımları qucaqlayıb
Heyva ağacının qurumuş yarpaqları
yellərə oynayır kişinin donquzunda.
Notrdamin zirvəsi baş qaldırıb sandıxananın uçurumundan
10 vat qırmızı lampa əlimdə qalıb...


5


Gecə nehilist
Gündüz əllərin qabarları qabarır
Axşam
Gözlüyün çatlayır
ətəklərin qırmızısına tozlanır
Kipriklərin kökslərdə çalınır
Boyun
Yataqları santım-santım boylanır...
Kımı ölür
Kımısı səndə canlanır...
Nehilistim!
Söylə
Ətəyimin hankı rəngin
Çatlaq gözlüyündən aslayım!


6


Çox yaxında

Sırğalarımı xıyavandakı ağaclardan aslıyacam.
Boynumdakı mirvarilar
küçələrin qaranlığını
Fanar yanacaq
Yorğun yolçulara...
Canımı girov qoyacam
Omuzların şuxumlayan tarlaları...
Sürəkli doğduğum qızlarım
Döşlərimdən süd əməcək ətəşləri
Dodaqlarındakı nəm
Köklənəcək çicəkləri
Ana olacaq diləkləri.
Çox yaxinda
Dizə-dizə qızlarımın adını tumar yazıb
Təyyarələrdən aslayacam
Buludlar
Sevgi yağmurlayacaq
Qaranlıq döngələr
Işıqlanacaq kölgələrini
Çox yaxında....

Facebook
XS
SM
MD
LG