Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:07

Suriya BMT-nin İnsan Hüquqları Şurasına üzv olmaq planından əl çəkib


BMT-nin adı açıqlanmayan əməkdaşlarının bildirdiyinə görə, Suriya təşkilatın insan hüquqları ilə bağlı ali orqanı olan İnsan Hüquqları Şurasına üzv olmaq planlarından əl çəkib.

Suriyada hökumətə qarşı etiraz edən nümayişçilərə divan tutulması səbəbindən beynəlxalq ictimaiyyət Suriyanın İnsan Hüquqları Şurasına üzv olmaq cəhdlərinə qarşı çıxırdı.

BMT-nin Baş Assambleyası İnsan Hüquqları Şurasının 47 üzvündən üçdə birini mayın 20-də yenidən seçəcək.
XS
SM
MD
LG