Keçid linkləri

2017, 18 Avqust, Cümə, Bakı vaxtı 23:55

Yazıçı Anara Heydər Əliyev mükafatı verildi


Yazıçı Anar AzadliqRadiosunun Bakı bürosunda, 6 iyul 2010
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anara "Heydər Əliyev Mükafatı" verilib.

Bu barədə www.prezident.az saytı məlumat yayıb.

Yazıçıya mükafat "Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə" verilib.

"Mediaforum"un məlumatına görə, mükafatın məbləği 50 min manatdır. Mükafat dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan prezidentinin sərəncamına əsasən verilir.

Keçmiş prezident Heydər Əliyevin doğum günü - mayın 10-da verilən mükafat - üzərində H.Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG