Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 11:00

Redaktorlar Dunya Miyatoviçə nələri çatdırıblar?


Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç mayın 10-da qəzet redaktorları və jurnalist qurumlarının təmsilçiləri ilə görüşüb.

Görüşdə «Turan» informasiya agentliyinin rəhbəri Mehman Əliyev, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndəsi Rəsul Səfərov və media eksperti Ələsgər Məmmədli iştirak edib.

Mehman Əliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, görüşdə Azərbaycan mediasının problemləri müzakirə olunub. Həbsdə olan jurnalist Eynulla Fətullayevin məsələsi, diffamasiya ilə bağlı problemlərdən danışılıb: «Biz onun diqqətinə çatdırdıq ki, vəziyyət pisləşməkdə davam edir. Dunya Mijatoviç ümumilikdə vəziyyətlə tanışdır. Bildirdi ki, bütün məsələləri Azərbaycan rəsmiləri ilə görüşdə qaldıracaq».

Görüşdə sosial şəbəkələrdə yazan Cabbar Savalanlının narkotik maddə saxlamaq ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilməsi də Mijatoviçin diqqətinə çatdırılıb.

Qəzet redaktorları və jurnalist qurumlarının təmsilçiləri ilə görüşdən əvvəl isə Dunja Mijatoviç 1 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşüb.

Mayın 11-də isə o ATƏT-in Bakı Ofisinin Mətbuat Şurası ilə təşkil etdiyi «Diffamasiya haqqında qanunun dekrimanalizasiya edilməsi» mövzusunda konfransda iştirak edəcək. Konfransda onun çıxışı nəzərdə tutulub.

Eynulla Fətullayev
ATƏT RƏSMİSİ EYNULLA FƏTULLAYEVƏ BAŞ ÇƏKİB


Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) mayın 10-da 1 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşüb.

Bu haqda AzadlıqRadiosuna ATƏT-in Bakı Ofisindən məlumat veriblər.

D. Miyatoviç hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

Mayın 11-də isə o, ATƏT-in Bakı Ofisinin Mətbuat Şurası ilə təşkil etdiyi «Diffamasiya haqqında qanunun dekrimanalizasiya edilməsi» mövzusunda konfransda iştirak edəcək.

Konfransda onun çıxışı nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG