Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 20:55

«Piyadalar, diqqətli olun» həftəsi başa çatıb


«Piyadalar, diqqətli olun» adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəsi başa çatıb.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir ki, mayın 1-dən 7-ə qədər respublika ərazisində keçirilən həftəlik ərzində piyadaların vurulması ilə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 21 nəfər yaralanıb.

Qeydə alınan qəzalardan 12-si paytaxtda baş verib. Nəticədə 1 piyada ölüb, 13 nəfər yaralanıb.

Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.
XS
SM
MD
LG