Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Gənc fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edəcək


Mayın 10-da həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edəcək.

Bu günlərdə gəncin atası Gəncədə vətəndaşları qəbul edən daxili işlər naziri Ramil Usubovla görüşüb, saxlanma zamanı polislərin oğluna təzyiqlər etməsindən şikayətlənib.

Gənc fəal B. Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunur. Məhkəmə aprelin 8-də onun barəsində müddətsiz həbs-qətimkan tədbiri seçib.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hesab edir ki, həbsin əsl səbəbi sosial şəbəkə vasitəsilə polisə müraciət edərək, gənclərin martın 11-nə təyin etdikləri etiraz aksiyasına mane olmamağa çağırmasıdır.
XS
SM
MD
LG