Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:20

Yaponiyada daha bir atom stansiyası bağlandı


Yaponiyada paytaxt Tokyo və ətrafını elektrik enerjisiylə təmin edən Hamaoka Atom Elektrik Stansiyası (AES) müvəqqəti bağlanıb.

Ötən həftə hökumət bu stansiyanın tektonik zonada yerləşməsini əsas gətirib, bağlanmasını istəmişdi.

Paytaxtdan 200 kilometrlik məsafədə yerləşən bu stansiya Tokyonun özünün və yaxınlıqdakı Toyota zavodlarının yerləşdiyi ərazini elektriklə təmin edirdi. Stansiyadakı yenidənqurma işlərinin azı 2 il çəkəcəyi gözlənilir.

MArtın 11-də Fukushima Daichi AES-də zəlzələ və sunami sonrasında baş verən ağır qəzadan sonra hökumət bütün 54 nüvə zavodunda yoxlamalara başlayıb.
XS
SM
MD
LG