Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:22
Finlandiyada yaşayan azərbaycanlı yazıçı Güntay Gəncalpın Yağız qarışqalar” adlı romanı Bakıda "Alatoran yayınları" seriyasında çap olundu.

Roman aşağıdakı annotasiya ilə baslayır:

“Oğlumla ormanlıqda gəzirdik. Qarışqanı ilk dəfə olaraq görən oğlum "Ata bu nədir?" deyə sordu.

“O, qarışqadır, oğlum. Ana dilimizdə ona qarışqa deyirik” dedim. Gecələr yatdiğımızda qarışqalar haqqında ona nağıl söyləməmi istədi. Oğluma uydurub söylədiyim nağıl böyüyüb kiçik bir roman oldu”.

Sözdə uşaqlar üçün danışılmış bir hekayət adlandılrılsa da, roman çox ciddi bir mövzuya - İrandakı Azərbaycan türklərinin öz milli kimliklərini qorumaq uğrunda mübarizələrinə həsr edilib.

Kitabı “Akademiya kitab mərkəzi”, “Kitab evi”, “Əli və Nino” kitab satış mərkəzlərindən əldə etmək olar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG